skip to Main Content

Azərbaycanda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını alan xüsusi karantin rejimi çərçivəsində 05.04.2020-ci il tarixindən etibarən vətəndaşların hərəkətinə məhdudiyyətlər tətbiq olunur. Bununla əlaqədar olaraq respublikada yalnız fəaliyyəti vacib olan müəssisə və obyektlər işi davam etdirir və vətəndaşlarının şəhərdə hərəkəti xüsusi elektron icazə ilə tənzimlənir.

Bakıda maşınları icarəyə təklif edən şirkətləri işləyir?
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Əməliyyat Qərargahının sərəncamına əsasən, karantin rejiminin tətbiqi ilə əlaqədar Bakı və Azərbaycan ərazisindəki bir sıra müəssisələrin fəaliyyəti dondurulur. Bu qərarı nəzərə alaraq, avtomobil icarəsi şirkətləri, xüsusən də bizim tərəfdaçlarımız: Rent a car Baku MMC, Karavan Rent, Car Hire Baku, Best Rent MMC, Trust Rent və s., bütün fəaliyyətlərini internetə yəni onlayn rejiminə köçürdülər.

Koronavirus zamanı maşın icarəyə götürə bilərəm?
Koronavirus dövründə Bakıda, Azərbaycanda kirayə maşını ancaq onlayn, yəni WhatsApp / Onlayn sifariş forması / İnteraktiv Çat  vasitsilə sifariş etmək mümkündür.
COVID-19 virusu dövründə Bakıda icarə avtomobili sifariş etmək yalnız şəhər ətrafında hərəkət etmək üçün rəsmi icazəsi olan şəxslərə verilir.

Kirayə maşınlar dezinfeksiya olunur?
Hər bir müştəridən sonra hər bir avtomobil ümumi dezinfeksiya olunur və əlavə olaraq avtomobilin daxili hissəsini spirt tərkibli xüsusi maddələr ilə təmizlənir.
Bundan əlavə, COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün müştəri ilə yaxın təmasda olan bütün işçilər həmişə maska və xüsusi əlcək geyinirlər.

Car rental in Baku during the coronavirus / Аренда авто в период коронавируса / Koronavirus dövründə avtomobil icarəsi

Koronavirus dövründə icarə avtomobili sifariş etmək üçün prosesi nəcədir?
1. Avtomobil kirayələməkdə ilk addım veb saytımızda və ya avtomobil icarəsi üzrə tərəfdaşlarımızın saytlarında icarə üçün avtomobil seçməkdir.
2. Maşın seçdikdən sonra müştəri veb saytımızda (və ya tərəfdaşlarımızın rəsmi veb-resurslarında) WhatsApp / chat / telefon / Onlayn əks-əlaqə forması vasitəsilə şirkət nümayəndəsi ilə əlaqə qurur və sifariş sorğunu göndərir.
3. Sonra maşının müştəri tərəfindən göstərilən ünvana PULSUZ çatdırılması prosesi həyata keçirilir.
4. Dördüncü mərhələ yerində sənədlərin hazırlanması, habelə müştəri üçün rahat bir şəkildə deposit və kirayə haqqının ödənilməsidir.

P.S. avtomobilin geri qaytarılması da müştəri üçün əlverişli bir yerdə (şəhər daxilində) həyata keçirilir

COVID-19 qarşısının alınması tövsiyələri
Qeyd etmək lazımdır ki, ÜST tövsiyələrinə əsasən, yoluxma riskini azaltmaq üçün aşağıdakılar lazımdır:
– müntəzəm olaraq əllərinizi spirt tərkibli bir məhsulla dezinfeksiya edin və ya sabun və su ilə yuyun
– öskürək və ya hapşırma zamanı burun və ağzını salfet və ya dirsəklə örtün
– Ümumi soyuqluq və ya qrip simptomları olan insanlarla yaxın təmasdan çəkinin (ən azı 1 metr).
– çalışın ki bütün fəaliyyətini evdən çıxmadan edəsiz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

X
YENI REZERVASIYA
shares
Masinlarin kirayesi. Avtomobil icarəsi. 2019-ci il
Back To Top

Top.Mail.Ru
Top.Mail.Ru

DMCA.com Protection Status

ILK-10 Azeri Website Directory

Яндекс.Метрика